İdman 22:00 24.09.2022

"Fənərbağça"nın futbolçusunu canlı yayım zamanı arı sancıb (VİDEO)

Türkiyənin "Fənərbağça" klubunun futbolçusu Joao Pedro bu gün səhər məşqindən sonra mətbuatın suallarını cavablandırıb.

Qaynarinfo "Haber Global"a istinadla xəbər verir ki, 30 yaşlı futbolçu açıqlama verərkən onu narahat edən həşəratı əli ilə tutub.

Nəticədə braziliyalı yarımmüdafiəçini arı sancıb.

Sözügedən görüntüləri təqdim edirik: