Xəbər lenti

Ferdinand hazırkı bazara görə öz qiymətini açıqladı
İdman 15:53 26.06.2023

Ferdinand hazırkı bazara görə öz qiymətini açıqladı

Premyer Liqa nəhəngi "Mançester Yunayted"in əfsanəsi Rio Ferdinand cari transfer pəncərəsindəki dəyərini üzə çıxarıb.

Qaynarinfo-nun məlumatına görə Ferdinanddan bugünkü transfer bazarındakı potensial dəyəri barədə sualları cavablandırıb. Müdafiəçi onu almaq istəyən klubların rekord məbləğdə ödəniş etməli olacağını deyib.

2017-ci ildə 198 milyon funt-sterlinqə (251 milyon dollar) PSJ-nin yolunu tutan Neymar bu mənada transfer rekorduna sahibdir. Ferdinandın dəyərinə ən yaxın oyunçu 163 milyon funta (207 milyon dollar) PSJ-yə transfer edilən Kylian Mbappedir.

"Vibe with Five" YouTube kanalına danışan Stefen Hovson, Ferdinandın hazırkı inflyasiyaya görə 100 milyon funt sterlinqə və ya daha çox qiymətə satıla biləcəyini söyləyib. Ancaq Ferdinand dəyərinin daha çox olduğunu deyib: "Əvvəllər 30 milyon funt-sterlinq dəyərində idim. 100 milyon funt-sterlinq mənim üçün çox ucuz qiymətdir. Ciddi desəm, bugünkü bazarda mən 170 milyon funt-sterlinq (216 milyon dollar) qazanardım. Həftədə 400.000 funt-sterlinq qazanıram. Hazırkı transfer bazarına görə, mütləq bu qiymətə olardım".

Karyerası ərzində iki dəfə dünyanın ən bahalı müdafiəçisi olan Ferdinand İngiltərə klubunda mümkün hər şeyi qazanıb.

Altı dəfə Premyer Liqa çempionu olan müdafiəçi, İngiltərə Liqa Kubokunun, həmçinin Çempionlar Liqası və Klublararası Dünya Kubokunun qalibi olub.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->