"Qanun" nəşriyyatı fevral ayında Azərbaycan yazarlarının ən çox satılan kitablarını müəyyənləşdirib.
Nəşriyyatdan Ədəbiyyat.Biz-ə daxil olan məlumata görə, ötən ay ən çox Elbrus Ərudun "Anne annem” kitabı satılıb.
Siyahıda ikinci Sevinc Çılğının "Yumurta”, üçüncü isə Ənvər Məmmədxanlının "Babək” kitabı olub.
Qeyd edək ki, siyahıda yer alan kitabları şəhərin kitab mağazalarından ala və ya www.alokitab.az saytından sifariş edə bilərsiniz.
Həmin siyahını təqdim edirik:
1) Anne annem- Elbrus Ərud
2) Yumurta – Sevinc Çılğın
3) Babək- Ənvər Məmmədxanlı
4) Qəzəllər- Əliağa Vahid
5) 46 bənövşə -Salam Qədirzadə
6) Baki bulvarı - Çingiz Abdullayev
7) Sirlər xəzinəsi- Nizami Gəncəvi
8) Uğursuzun hekayəti - Çingiz Abdullayev
9) Şübhəsiz metomarfoz -Çingiz Abdullayev
10) Mənim gözəl alibim - Çingiz Abdullayev
11) Namərdin üslubu - Çingiz Abdullayev
12) Yekun diaqnoz - Çingiz Abdullayev
13) Ölümünü özün seç - Çingiz Abdullayev
14) Qazanılmış cəhənnəm - Çingiz Abdullayev
15) Məmməd Əmin Rəsulzadə - Stalinlə ixtilal xatirələri
16) Təhminə və Zaur - Anar
17) Aşma - Ağalar Məmmədov
18) İçimdəki Merilin - Nərgiz N
19) Qaniçələr aynası - Çingiz Abdullayev
20) Məşhər ayağında - Çingiz Abdullayev
Şərhlər