İdman 12:55 01.07.2022

FİFA təsdiqlədi - Qətərdə bu sistemdən istifadə ediləcək

FİFA bu qış Qətərdə keçiriləcək dünya çempionatı üçün yüksək texnologiyalı yarıavtomatik ofsayd qərarlarının olacağını təsdiqləyib.

Qaynarinfo xəbər verir ki, yeni görünüşlü texnologiya qərarların qəbulunu sürətləndirəcək, oyunçuları izləmək üçün süni intellekt proqramından və mundial üçün hazırlanmış adidas topunda xüsusi sensordan istifadə ediləcək.

Bu haqda mətbuata açıqlamasında FİFA-nın Hakimlər Komitəsinin sədri, dünyaca məşhur sabiq referi Pyerluici Kollina deyib. Onun sözlərinə görə  süni intellekt oyunçuları daha sürətli və dəqiqliklə izləyəcək. Bunu "vacib an" kimi qiymətləndirən italiyalı referi FİFA-nın sözügedən texnologiyanı uğurla sınaqdan keçirdiyini və hazırda VAR sistemini matçlarda orta hesabla 70 saniyədən 25 saniyəyə qədər sürətləndirə biləcəyini deyib. 

Yarımavtomatik aparatlar aşağıdakı kimi istifadə olunacaq:

Dünya çempionatı üçün hazırlanmış "Adidas" topunun içinə yerləşdirilmiş sensor saniyədə 500 kadr sürəti ilə məlumat verəcək. Bu da hazırkı texnologiyadan on dəfə daha sürətlidir.

- Stadionların ətrafında 12 ədəd izləmə kamerası quraşdırılacaq.
- Proqramda təmas nöqtələrini dəqiq göstərmək üçün hər bir oyunçu üçün 29 izləmə nöqtəsindən yararlanacaq.
- Stadionlardakı VAR otaqlarındakı hakimlər hər bir qərarı saniyələr ərzində işləyən texnologiya ilə iki dəfə yoxlaya biləcək.
- Hər bir qərarı göstərmək üçün stadionlardakı böyük ekranlarda animasiyalı şəkillər nümayiş olunacaq

Sözügedən intellektual süni beyin keçən fevral ayında Əbu-Dabidə "Çelsi"nin çempion olduğu kublararası dünya çempionatında sınaqdan keçirilib. Kollina qərarlarının gecikdiyini əsas gətirərək bunun İngilərədə də tətbiq olunmasınının vacibliyini vurğulayıb. O, hesab edir ki, yeni sistem ofsaydlara daha da dəqiqlik gətirməli, onları sürətli etməli və əsəb yaradan gecikmələri dayandırmalıdır.

Səbuhi Həsənov