Xəbər lenti

Finlandiya Prezidenti: “Ukraynanın qalib gəlməsi üçün hər şeyi edəcəyik”
Dünya 12:30 28.05.2024

Finlandiya Prezidenti: “Ukraynanın qalib gəlməsi üçün hər şeyi edəcəyik”

Finlandiya prezidenti Alexander Stub Estoniyaya səfər edib və burada xüsusilə Ukraynaya yardımı müzakirə edib.

Qaynarinfo xəbər verir ki, bu barədə "European Pravda” nəşri yazır.

Dövlət başçısı əmin olduğunu bildirib ki, bütün təhlükəsizlik siyasəti Ukraynanı dəstəkləməyə yönəlməlidir. Onun fikrincə, Avropa Kiyevə silah yardımı baxımından geri qalır.

"Hazırda qoşunların yerləşdirilməsi haqqında danışmaq spekulyasiyadır və Finlandiyanın mövqeyi dəyişməyib", - Stub deyib.

Finlandiya liderinin Estoniyaya səfərinin gündəliyinə ölkələr arasında ikitərəfli əlaqələr, təhlükəsizlik və müdafiə, həmçinin enerji məsələləri və mühüm infrastruktur daxildir.

Stub estoniyalı həmkarı Alar Karis ilə birgə mətbuat konfransı zamanı Rusiyanın hibrid hücumlarını, Gürcüstandakı hadisələri və Ukraynaya dəstəyin vacibliyini də müzakirə etdiklərini qeyd edib.

Finlandiyanın baş naziri Petteri Orpo daha əvvəl bildirmişdi ki, Rusiya NATO üzvü olan ölkələri qərb sərhədində yoxlaya bilər, Moskva burada qonşu NATO üzvü ölkələrə qarşı təxribatları gücləndirib.

Onun şərhləri rus sərhədçilərinin Narva çayında Estoniya sularından gəmi kanalını işarələyən və hər yaz yenidən quraşdırılan şamandıraları çıxarması hadisəsindən sonra gəlib. Estoniya bu məsələ ilə bağlı izahat gözləyir.

Avropa İttifaqı Estoniya-Rusiya sərhədində Narva çayı üzərindəki şamandıraların götürülməsi ilə bağlı Rusiyadan izahat gözləyir və onların dərhal öz yerlərinə qaytarılmasını tələb edir.

Xatırladaq ki, həftənin əvvəlində Rusiya hökumətinin saytında dərc olunmuş layihə Moskvanın Baltik dənizindəki qonşuları ilə dəniz sərhədlərini birtərəfli qaydada dəyişmək niyyətindən xəbər verir. Bir müddət sonra layihə saytdan itib. 

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->