Xəbər lenti

İdman 15:53 29.04.2023

"Formula 2": Sprint yarışında qalib bəlli oldu, zəncirvari qəza baş verdi (YENİLƏNİB)

"Formula 2" üzrə Azərbaycan Qran-prisində sprint yarışı başa çatıb. 

"Report" xəbər verir ki, "Prema Racing"dən Oliver Bearman qalib olub. 

Sonlara yaxın zərcirvari qəza olub və dörd pilot mübarizəni dayandırıb. Ümumilikdə 11 sürücü sonadək yarışa bilməyib. 

15.28

"Formula 2" üzrə Azərbaycan Qran-prisinin sprint yarışında üç pilot mübarizəni dayandırıb.

Qaynarinfo xəbər verir ki, "Van Amersfoort Racing" komandasından Riçard Verşur, "Campos Racing"dən Ralf Boşunq və "Rodin Carlin"dən Zeyn Meloni sıradan çıxıblar

15.08

Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində sprint yarışı başlayıb.

Qaynarinfo xəbər verir ki, mübarizə təxminən bir saat davam edəcək.

Qeyd edək ki, ikinci dərəcəli pilotların yarışında ötən gün "Prema Racing"dən Oliver Bearman həm sərbəst yürüşdə, həm də sıralama turunda lider olub.

Bakıdakı yarış aprelin 30-da başa çatacaq.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->