İdman 09:10 30.06.2022

Futbol tarixinin ən çox qol vuran müdafiəçiləri

Futbolda müdafiəçilər adətən rəqibin qarşısını almaq, onların qol vurmasını əngəlləmək üçün məsuliyyət daşıyırlar. Ancaq bir də qol vurmaq üçün müdafiədəki rollarından kənara çıxan oyunçular var. Futbol tarixində bəzi müdafiəçilər var ki, hücumçulardan daha çox önə çıxmağı bacarıblar. 

Qaynarinfo həmin futbolçulardan ən məşhurlarının adlarını təqdim edir.

Ronald Kuman
 


253 qolla Ronald Kuman futbol tarixində ən çox fərqlənən müdafiəçidir. Niderland millisinin sabiq üzvü klub karyerası boyunca 223 qola, 69 məhsuldar ötürməyə imza atıb. O, qollardan 88-ni "Barselona"da vurub.

Daniel Passarella
 


Daniel Passarella futbol tarixində müdafiəçilər arasında ən çox qol vuran ikinci oyunçudur. Argentinalı peşəkar karyerasını 175 qolla başa vurub.

Fernando Hierro
 


Karyerası boyunca 163 qolla futbol tarixinin ən məhsuldar müdafiəçilərindən biri sayılan Hierro İspaniya millisində 29 dəfə fərqlənməyə nail olub. O, 14 il formasını geyindiyi "Real"da isə 126 qola imza atıb.

Loran Blan
 
 
Müdafiəçilər arasında məhsuldarlıqda beşinci olan fransalı karyerası ərzində "Barselona", "İnter" və "Mançester Yunayted"də çıxış etdiyi müddətdə ümumilikdə 153 qola imza atıb.

Serxio Ramos
 


Aktiv futbolçu karyerasını davam etdirən futbolçu da vurduğu qollara görə rekorda sahibdir. İspaniyalı mərkəz müdafiəçisi peşəkar futbolçu karyerası ərzində 129 qola müəlliflik edib. O, "Real"da 101, "Sevilya"da 3, PSJ-də isə 2 dəfə fərqlənib.

Futbol tarixində ən çox qol vuran digər müdafiəçilər isə bunlardır.

Aleksandr Qraham (İngiltərə) - 130
Roberto Karlos (Braziliya) - 113
Pol Breynter (Almaniya) - 113
Stephen Roger Bruce (İngiltərə) - 113
Frans Bekkenbauer (Almaniya) - 109

Səbuhi Həsənov