XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Gəlin paltarı geyinən xanımı çimdikləyən satıcı ilə bağlı qərar verildi
Ölkə10:16 07.09.2026

Gəlin paltarı geyinən xanımı çimdikləyən satıcı ilə bağlı qərar verildi

Bakıda gəlinlik paltarı geyinən nişanlı xanıma çimdik atan satıcı ilə bağlı məhkəmə qərar verib.

Qaynarinfo-nun məlumatına görə, hadisə Nizami rayonu ərazisində yerləşən “Laçın” Ticarət Mərkəzində gəlinlik paltarlarının icarəsi və satışı ilə məşğul olan mağazada baş verib.

Belə ki, həmin mağazada satıcı işləyən, 1986-cı ildə Bakı şəhərində anadan olmuş Gülnar Hüseynova (ad, soyad şərtidir) barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (Döymə) maddəsi ilə protokol tərtib edilib və işə məhkəmədə baxılıb.

Məlum olub ki, İ.Z. adlı xanım nişan mərasimi üçün gəlinlik seçərkən mağazanın satıcısı G. Hüseynova ilə aralarında mübahisə yaranıb. Zərərçəkmiş şəxs şikayət edərək iddia edib ki, mübahisə zamanı satıcı onun sağ qol nahiyəsindən bərk çimdikləyərək xəsarət yetirib.

Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə barəsində icraat aparılan satıcı özünü təqsirli bilməyib. O bildirib ki, zərərçəkmiş şəxs bəyəndiyi libası geyinib yoxladıqdan sonra çıxarıb. Həmin vaxt ondan xoşagəlməz qoxu gəldiyini hiss edib və bu səbəbdən aralarında mübahisə yaranıb. Satıcı zərərçəkmiş şəxsə qarşı hər hansı zorakılıq tətbiq etmədiyini deyib. O, 3 il müddətində qaydasız döyüşlə məşğul olduğunu və zərərçəkmiş şəxsə zərbə endirsəydi, ağır xəsarət yetirə biləcəyini vurğulayıb.

Məhkəmə Gülnar Hüseynovanı İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilib. Lakin həmin maddə ilə başlanmış inzibati icraata İXM-in 38.1 və 38.3-cü maddələrində nəzərdə tutulan müddətlər keçdiyinə görə xitam verilib.

Aydın