II Dünya müharibəsinin Azərbaycanda sağ qalan az sayda iştirakçılarından biri, I dərəcəli “Vətən müharibəsi” ordenli Rəşid Qasımov vəfat edib.
Qaynarifno xəbər verir ki, bu barədə jurnalist Nadir Yalçın məlumat paylaşıb.
R.Qasımov 102 yaşında yaşadığı Göyçay rayonunda dünyasını dəyişib.
Qeyd edək ki, Rəşid Mənsim oğlu Qasımov 1924-cü il may ayının 9-da Füzuli rayonunda anadan olub.
18 yaşında II Dünya müharibəsinə yollanıb, 1945-ci ildə doğulduğu rayona I qrup əlil kimi qayıdıb. O, müharibədə sağ ayağını itirib. Müharibədə göstərdiyi şücaətə görə I dərəcəli “Vətən müharibəsi” ordeni ilə təltif edilib.
Müharibədən qayıdandan sonra Füzuli rayonunda aqronom, zootexnik, ferma müdiri, briqadir vəzifələrində çalışıb. 1993-cü ildə məcburi köçkün kimi Göyçay rayonunun Xəlitli kəndində məskunlaşıb.
R.Qasımov Vətən müharibəsinin şəhidi, baş leytenat Səid Rəşidzadənin babası, Füzuli Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Nofəl Qasımovun atasıdır.
Şərhlər