Xəbər lenti

Gəncədə sursat partladı - Ölən var
Ölkə 14:07 17.12.2024

Gəncədə sursat partladı - Ölən var

Gəncə şəhər Məhsəti qəsəbəsində ölümlə nəticələnən bədbəxt hadisə qeydə alınıb.

"Report"un məlumatına görə, Daşkəsən rayonu sakini, 1974-cü il təvəllüdlü Asit Tağıyev sursatın partlaması nəticəsində aldığı xəsarətdən həyatını itirib.

Qeyd edək mərhum həmin sursatı taparaq yaşadığı ünvana gətirib və ehtiyatsızlıqdan partlayış olub.

Faktla bağlı araşdırma aparılır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->