Vaşinqton Ankaraya F-16 qırıcıları verməyəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyənin istefada olan generalı Fahri Erenel "Aydınlık” qəzetinə açıqlamasında bildirib. O, Türkiyə hakimiyyətinə bununla bağlı Rusiya ilə əməkdaşlıq etməyi tövsiyə
edib.
Onun sözlərinə görə, çox güman ki, qırıcılarla bağlı məsələ Patriot sistemi məsələsində olduğu kimi olacaq.
"Birləşmiş Ştatlar bu kompleksi Türkiyəyə verməyəcəklərini bildirdi və biz onu özümüz əldə etdikdən sonra ondan sanksiyalar vasitəsi kimi istifadə etməyə başladılar. Oxşar proses F-16 qırıcıları ilə də gedir”, - deyə Erenel bildirib.
O, aydınlaşdırıb ki, Türkiyənin kəsirini ödəmək üçün Rusiya və ya Fransa ilə təyyarə tədarükü məsələlərini işləyib hazırlamaq lazımdır.
Alpər
Şərhlər