Xəbər lenti

Günay Məmmədzadə uğuruna görə kimə təşəkkür etdi?
İdman 14:25 01.09.2022

Günay Məmmədzadə uğuruna görə kimə təşəkkür etdi?

Çexiyanın paytaxtı Praqadakı Avropa çempionatında gümüş medal qazanan Azərbaycanın qadın şahmatçısı Günay Məmmədzadə şəxsi feysbuk səhifəsində fikirlərini bölüşüb.
 
Qaynarinfo xəbər verir ki, qrossmeyster hər kəsin dəstəyini hiss etdiyini bildirib: "Vətənim adına ilkə imza ataraq, Avropa çempionatının gümüş medalını qazandığım üçün çox şadam. Hər birinizə təşəkkür edirəm. Yola davam".

Azərbaycanın digər şahmatçısı Ülviyyə Fətəliyeva Avropa çempionatında bürünc medala sahib olub.
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->