“Günaydın” restoranı yeni ünvanda filialını açdı (FOTO/VİDEO)

“Günaydın” restoranı yeni ünvanda filialını açdı (FOTO/VİDEO)

Güneyt Asan: "Hədəfimiz Şuşada restoran açmaqdır”

"Günaydın" restoranlar şəbəkəsi növbəti filialının möhtəşəm açılışını edib.

Bakının mərkəzində - Bayraq meydanında yerləşən "Günaydın” restoranı yeni günə "Günaydın” deyərək, fəaliyyətə başlayıb. Açılış mərasimində tanınmış media nümayəndələri, aktrisa və aktyorlar iştirak edib. 

Zəngin və fərqli mətbəxi ilə seçilən restoranın sahibi Güneyt Asan jurnalistlərə açıqlamasında bildirib ki, təqdim olunan bütün dadlı təamlardan insanlar xoşlanacaq, onlara yüksək əhval-ruhiyyə bəxş edəcək: "Biz Azərbaycanda öz restoranlarımızı təqdim etməklə yanaşı, növbəti hədəfimiz Şuşada restoran açmaq arzusundayıq".

Həmçinin restoran sahibi qeyd edib ki, pandemiyaya görə salonda hər kəsin bir metr məsafə saxlanılmasına diqqət yetirməsi vacibdir: "Yemək masaları arasında və insanlar ailələri ilə oturduqları yerdə yenə də məsafə saxlanılmalıdır. Bütün masaların üstünün örtülü olması vacibdir. Hər müştəridən sonra  bu örtüklər dəyişiləcək və dezinfeksiya edilərək yuyulacaq".

Restoranın təqdimatında "Günaydın” restoranlar şəbəkəsinin sahibi Güneyt Asan Türkiyənin ən məşhur yarışmalarından biri olan "Masterchef"dən tanıdığımız tanınmış aşçı Mehmed Şeflə bərabər öz hazırladığı yeməkləri qonaqlara təqdim edib. Təqdimat zamanı qonaqlara ləziz yeməklər, salatlar, məşhur türk desertləri və şirniyyatları təqdim olunub.

Qeyd edək ki, "Günaydın" restoranlar şəbəkəsinin sahibi Güneyt Asan ilk olaraq qəssab köməkçisi, daha sonra isə qəssab kimi fəaliyyət göstərib. İllər sonra ortaqları ilə birgə çalışdığı restoranı alaraq, adını dəyişdirib və "Günaydın” qoyublar. Güneyt Asan 1992-ci ildə ilk restoranını açıb. Hazırda 2500 işçisi var. Sahibi olduğu "Günaydın” resoranlar şəbəkəsinin Türkiyədə 42 şöbəsi mövcuddur. 2016-cı ildə Dubayda ilk filialını açıb. Eləcə də London və Nyu-York şəhərlərində yeni restoranlar açmaq niyyətindədir”.

Gülnarə Əmirqızı
XƏBƏRLƏR
BLOGLAR
X