XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Prezident: “Mərkəzi Asiya və Azərbaycan böyük inkişaf potensialına malik vahid geosiyasi regiondur”
Siyasət20:26 23.08.2026

Prezident: “Mərkəzi Asiya və Azərbaycan böyük inkişaf potensialına malik vahid geosiyasi regiondur”

“Mərkəzi Asiya və Azərbaycan bu gün böyük potensiala, lakin bundan da böyük inkişaf potensialına malik vahid geosiyasi və geoiqtisadi regiondur”.

Qaynarinfo xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə mətbuata bəyanatında deyib.

Dövlətimizin başçısı vurğulayıb ki, bu böyük və artıq kifayət qədər inteqrasiya olunmuş regionun inkişafının ümumi müsbət dinamikası da daha çox Özbəkistanla Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır.
Bizim.Media