Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yaşayış kompleksindəki mənzillərin cari təmiri ilə bağlı satınalma elan edilib.
Qaynarinfo Banker-ə istinadən xəbər verir ki, satınalma çərçivəsində kompleksdə yerləşən 52 binadakı ümumilikdə 606 mənzildə cari təmir işlərinin aparılması nəzərdə tutulur.
Bu məqsədlə 3 milyon 402 min manat vəsait müəyyənləşdirilib.
Təmir işləri nəticəsində mənzillərin texniki və məişət baxımından vəziyyətinin yaxşılaşdırılması, mövcud çatışmazlıqların aradan qaldırılması və sakinlər üçün daha əlverişli yaşayış şəraitinin yaradılması planlaşdırılır.
Şərhlər