Xəbər lenti

Dünya 15:20 06.01.2024

Hakan Fidanla Blinken arasında görüş baş tutdu

Türkiyənin xarici işlər naziri Hakan Fidanla ABŞ-nin dövlət katibi Entoni Blinken arasında görüş başa çatıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Görüş İstanbulun Vahdettin iqamətgahında baş tutub.

Tərəflərin birgə mətbuat konfransı keçirəcəkləri gözlənilir.

Qeyd edək ki, dövlət katibi və onu müşayiət edən heyət Qəzzadakı vəziyyəti müzakirə etmək üçün bölgədə səfərdədir. O, Türkiyədən sonra Yunanıstan, İordaniya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, İsrail, Fələstin və Misirə səfər edərək danışıqlar aparacaq. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ diplomatiyasının rəhbərini qəbul edəcəyi gözlənilir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?