İdman 11:49 31.01.2024

Hakimliklə bağlı inqilab: VAR qeydləri ictimaiyyətə açıqlanacaq

Son vaxtlar Türkiyə Superliqada ən çox müzakirə olunan məsələlərdən biri olan VAR-la bağlı federasiyadan inqilabi qərar gəlib.

Qaynarinfo-nun məlumatına görə, Türkiyə Futbol Federasiyası (TFF) VAR qeydlərinin açıqlanacağını və xarici müşahidəçilərdən istifadə ediləcəyini ictimaiyyətin diqqətinə çatdırıb. 

Bunu TFF rəsmisi Mustafa Eröğüt idman mediasının nümayəndələri ilə görüşdə bildirib. Eröğüt, müzakirələr zamanı VAR qeydlərini ictimaiyyətlə paylaşacaqlarını bildirib. Hazırda bəzi sınaqlar həyata keçirdiklərini bildirən qurum rəsmisi, mövzu ilə bağlı qərarları ən qısa zamanda ictimaiyyətə açıqlayacaqlarını söyləyib.

Bununla yanaşı qurum rəsmisi UEFA-dan hakimlərin işinə qiymət vermək üçün müşahidəçilər dəvət ediləcəyini deyib. UEFA-nın keçmiş elit hakimlərindən ibarət bu müşahidəçilər qrupunun qeydləri hakim xalının 50 faizinə uyğun olacaq. Stadiondakı matçlarla bağlı müşahidə aparanlar hakimin hesabına 30 faiz təsir edəcək. VAR hakimləri və matç hakimləri də daxil olmaqla 119 nəfərin sorğusunda verilən xalların ümumi bala təsiri 20 faiz olacaq. Yeni sistemin Superliqanın 26-cı turundan etibarən tətbiq ediləcəyi gözlənilir. 

Səbuhi Həsənov