Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, hamı sadəcə Şimali Koreya hərbçilərinin də ukraynalılara hücum etməsini gözləyir.
Qaynarinfo xəbər verir ki, o, bunu öz video-müraciətində deyib.
Dövlət başçısı vurğulayıb ki, Ukraynanın, əgər yetərincə uzaqmənzilli zərbə endirmək imkanı olsaydı, Rusiya Federasiyasının KXDR-dən əsgər topladığı bütün məkanlara qabaqlayıcı zərbə vura bilərdi.
"Əgər bizdə bu imkan olsaydı, yetərincə uzaqmənzilli zərbə endirə bilərdik. Bu, tərəfdaşlardan asılıdır. Lakin belə bir zəruri uzaqmənzillilik əvəzinə Amerika sadəcə izləyir, Britaniya izləyir, Almaniya izləyir. Hamı sadəcə gözləyir ki, bir də Şimali Koreya hərbçiləri ukraynalılara zərbə endirsin", - deyə o bildirib.
Onun sözlərinə görə, dünyada doğrudan da Rusiyanın Ukraynaya qarşı bu müharibəsinin genişlənməsini və müharibənin Avropadan digər bölgələrə keçməsini istəməyən hər kəs sadəcə izləməklə kifayətlənməməlidir. O əlavə edib:
"Hərəkət etmək lazımdır. Eskalasiyanın və müharibənin genişlənməsinin yolverilməzliyi barədə sözlər əməllərlə üst-üstə düşməlidir".
Alpər
Şərhlər