Keçmiş model Səbinə Zəkizadənin ana olmağa hazırlaşdığı haqda xəbər vermişdik.
Tədbirlərin birində Axşam.az fotokamerasına tuş gələn Səbinə şəkillər çəkdirib.
Hamiləliyinin beşinci ayında olan keçmiş model təəssüratlarını bölüşüb:
"Uşağın cinsiyyətini əvvəlcədən öyrənmək istəmirəm. Ailəmizə sürpriz olsun. Əsas sağlamlığıdır. Hamiləliyim yaxşı keçir. Çox xoşbəxtəm, sevirəm və sevilirəm”.
Qeyd edək ki, S.Zəkizadə rejissor Şahin Zəkizadə ilə ailə qurub. Model biznesinə son qoyan Səbinə hazırda vizajist kimi fəaliyyət göstərir.
Qaynar.info
Şərhlər