Heydər Əliyev Fondu yeni sosial layihəyə start verdi (VİDEO)
Heydər Əliyev Fondu ölkədə davam edən xüsusi karantin rejimində xalqımızın yaşlı nümayəndələrinə dəstək məqsədilə "Həyatın dəyərlidir! Evdə qal, Azərbaycan" sosial layihəsinə start verib.
Fonddan Qaynarinfo-ya bildirilib ki, əhaliyə sağlamlıqlarının qorunması naminə evdən çıxmamaları, evdə qalmaları ilə bağlı çağırışların yer aldığı bu layihəyə Azərbaycanın tanınmış simaları da qoşulub.
Belə ki, layihənin ilk günü Xalq artisti Aygün Kazımova 103 yaşlı Xədicə nənənin virtual qonağı olub və ona öz hədiyyəsini təqdim edib.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər