Xəbər lenti

Hindistanda ölümcül virusu yayılır - Əlamətləri hansılardır?
Sağlamlıq 19:11 14.09.2023

Hindistanda ölümcül virusu yayılır - Əlamətləri hansılardır?

Hindistanın cənubundakı Kerala əyalətinin səlahiyyətliləri artıq iki nəfərin ölümünə səbəb olan "Nipah" virusunun yayılmasının qarşısını almaq üçün tədbirlər görür. 

Qaynarinfo xəbər verir ki, dövlət kütləvi testlər keçirir, təhsil ocaqlarını bağlayır, ictimai maarifləndirmə işləri aparır.

Ştatın baş naziri Pinarayi Vajayan bildirib ki, virus təxminən 2 milyon insanın yaşadığı Kojikode şəhərində aşkarlanıb. Nazir sakinləri qorxmamağa, ehtiyatlı olmağa çağırıb.

"Nipah" virusu paramiksoviruslar ailəsinə aiddir və meyvə yarasaları ailəsinin üzvləri, itlər və tülkülər tərəfindən ötürülür. İnsan ya birbaşa bu heyvanlardan, ya da, məsələn, heyvanların təmasda olduğu meyvələri yeyərək yoluxa bilər.

Virus həmçinin yoluxmuş şəxslə fiziki təmas zamanı da ötürülür. İnfeksiyanın ilk əlamətləri arasında baş ağrısı, yuxusuzluq, daha sonra bəzi hallarda kəskin respirator sindrom və beynin iltihabı var. Çox vaxt xəstə komaya düşür və ölür. Bu virusa qarşı hələ peyvənd yoxdur, xəstələrə dəstəkləyici terapiya verilir. Virus ilk dəfə 1999-cu ildə Malayziyada aşkarlanıb, o zaman 300-ə yaxın insana yoluxub, onlardan 100-dən çoxu dünyasını dəyişib.

Bu, 2018-ci ildən bəri Keralada "Nipah" virusunun dördüncü yayılmasıdır. CNN-in məlumatına görə, indiki mərhələdə dövlət orqanları yoluxmuş və ölənlərlə təmasda olanlar arasından 700-dən çox adamı müəyyən edib. Onlardan 70-dən çoxu xəstəliyə yoluxma riski yüksək hesab edilib, onlar təcrid olunub və daimi müşahidə altındadırlar.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->