Xəbər lenti

Hökumt sabiq baş nazirdən 15 min dollar istəyir - itən tərlik, xalat və başmaqlara görə
Dünya 14:24 01.05.2023

Hökumt sabiq baş nazirdən 15 min dollar istəyir - itən tərlik, xalat və başmaqlara görə

Böyük Britaniyanın keçmiş baş nazir və keçmiş xarici işlər naziri Liz Trassa hökumət tərəfindən 15 min dollarlıq (12 min funt-sterlinq) hesab-faktura verilib. Ondan "Chevening House” hökumət malikanəsində itən tərlik, xalat və ərzaq üçün pul tələb olunub. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Mail” özəl mənbəyə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, Liz Trass yaxın çevrəsi ilə görüşlər üçün "Chevening House”dan istifadə edir, "bu, tez-tez axşam əyləncələrinə çevrilirmiş". Nəşr bildirir ki, malikanənin əməkdaşları tərlik, xalat və başmaqların itirilməsi barədə Britaniya hökumətinə məlumat veriblər. Xarici İşlər Nazirliyinin kodeksinə görə, xarici işlər naziri "Chevening House”da keçirilən tədbirləri şəxsi və ya partiyanın vəsaiti hesabına ödəməlidir.

Nəşrə görə, Liz Trass ödənilməli olan xərclərin bir hissəsini mübahisələndirməyə çalışır. Xanım Trass ailəsi ilə birlikdə yaşamasına görə hesabın bir hissəsini ödəməyə, həmçinin iqamətgah üçün 120 funt-sterlinqə yeni xalat almağa hazırdır. O, iqamətgahdan məmurlarla işləmək üçün istifadə etdiyini təkid edir.

"Son hesab onun şəxsi xərcləri və dövlət qulluqçuları, o cümlədən Saymon Keys (Nazirlər Kabinetinin katibi - red.) və keçidə hazırlıq zamanı "Chevening House”da görüşən digər departamentlərin yüksək rütbəli məmurları ilə rəsmi dövlət tədbirləri üçün xərclər qarışığı var”, deyə nəşr Liz Trassın nümayəndəsindən sitat gətirir. O əlavə edib ki, xanım Trass 2022-ci ilin avqust və sentyabr aylarında keçirilən tədbirlər üçün 2023-cü ilin aprelində hesab-faktura almasına təəccüblənib.

"Chevening House” Kent qraflığında yerləşir. 1981-ci ildə Böyük Britaniya Xarici işlər nazirinin sərəncamına verilib. 

Xatırladaq ki, 2021-ci ilin sentyabrında Liz Trass Böyük Britaniyanın xarici işlər naziri təyin olunub. 6 sentyabr 2022-ci ildə ölkənin baş naziri olub və oktyabrın 25-də istefa verib. Onun baş nazirlik müddəti Britaniya tarixində ən qısa müddət sayılır. Trass indi Britaniya İcmalar Palatasının üzvüdür.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->