Xəbər lenti

Hollivud ulduzu özündən 40 yaş kiçik aktrisa ilə sevgilidir (FOTO)
Maqazin 18:48 09.09.2024

Hollivud ulduzu özündən 40 yaş kiçik aktrisa ilə sevgilidir (FOTO)

Hollivud aktyoru və rejissoru Şon Penn özündən təxminən 38 yaş kiçik moldovalı aktrisası ilə münasibətdə şübhəli bilinir. 

Qaynarinfo "Page Six"ə istinadən xəbər verir, qızın adı Valeriya Nikovadır.

Nəşrin yazdığına görə, cütlüyün münasibəti haqda söhbətlər İspaniyanın Madrid şəhərinin küçələrində gəzərkən göründükdən sonra yaranıb. Şon Penn tünd şalvar, köynək və pencək geyinib, qız isə kofta ilə iş kostyumu seçib.

Gəzinti zamanı onlar olduqca mehriban görünüb, söhbət edib və əl-ələ gəziblər. Gecənin kulminasiyası paparatsilərin Penn və Nikovanın öpüşməsini lentə alması olub.

Qadın haqqında az şey məlumdur: o, Moldovadandır və aktrisalıqla məşğuldur. Valeriya Nikova artıq bir neçə kiçik layihədə rol alıb. Onun neçə yaşında olduğu açıqlanmır, lakin saytlardan birində 1998-ci il təvəllüdlü olması barədə məlumat var. Şon Pennin isə 64 yaşı var.

Şon Pennin indiyədək üç rəsmi nikahı olub: müğənni Madonna, aktrisalar Robin Rayt və Leyla Corcla üvlənib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->