Bunu Qaynar.info-ya açıqlamasında Müsavat Partiyası başqanının müşaviri Mustafa Hacıbəyli deyib.
Başqan müşaviri bildirib ki, Müsavat Partiyasının siyasi xətti ölkədəki siyasi partiyalarla seçki prosesinə qoşulmaqdır: “Boykot bizə heç nə verməyəcək. Hər bir siyasətçi, iddialı şəxs seçki prosesinə qoşulmalıdır, öz elektoratını səfərbər etməlidir, seçki prosesi dövründə daha çox vətəndaşın ayağa qalxmasına çalışmalıdır. Vahid namizəd məsələsi seçki prosesi başlayandan sonra da həll edilə bilər. İsa Qəmbər də çıxışlarında dəfələrlə deyib ki, seçki prosesi dövründə daha uğurlu namizədə yer verilə bilər. Eyni zamanda digər partiyalar da bunu nəzərə almalıdırlar. Vahid namizəd seçkinin 2-ci turunda da reallaşa bilər”.
M.Hacıbəyli müxalifətin birlik formatından da danışıb: “Müxalifətin müxtəlif formatlarda birləşmək təklifləri var. 40-a yaxın şəxs var, deyir ki, prezident olacam. Həmçinin, nəzərə alın ki, ölkədə bir neçə hərəkat var. Belə kobud da çıxsa, deməliyəm ki, hər yerindən qalxan hərəkat yaratmaq istəyir. Halbuki, İctimai Palata öz-özlüyündə bir hərəkatdır. Kənarda hərəkat yaratmaq birlik istəyindən irəli gəlmir. Bu, sadəcə maraqlardan irəli gələn spekulyativ çıxışlardı. Faktiki olaraq İctimai Palata həm ölkə daxilində, həm də beynəlxalq təşkilatlar tərəfindən tanınır. İctimai Palata nə Müsavatın, nə də AXCP-nin nəzarətindədir. Yəni qurum heç kimin monopoliyasında deyil. Digər təşkilatların bura qoşulmasını istəyirik. İP-ə qoşulmaqla bağlı konkret heç bir müraciət daxil olmayıb. Kənarda qalan partiyaların İP-ə buraxılmaması haqqında mənfi rəy yaradılır. Onlar deyirlər, biz birlik istəyirik, İsa Qəmbər imkan vermir. Birlik istəyirsən, gəl birləş, sənə kim əngəl olur?!”.
Şərhlər