Xəbər lenti

İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısının açılış plenar sessiyasında iştirak edir (YENİLƏNİR)
Siyasət 12:41 02.10.2025

İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısının açılış plenar sessiyasında iştirak edir (YENİLƏNİR)

Oktyabrın 2-də Danimarkanın paytaxtı Kopenhagen şəhərində "Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısının açılış mərasimi keçirilib.

Qaynarinfo xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Danimarkanın Baş naziri Mette Frederiksen Azərbaycan Prezidenti İlham Əliyevi, Zirvə toplantısında iştirak edən digər dövlət və hökumət başçılarını qarşıladı.

Qeyd edək ki, "Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısında ümumilikdə 50-yə yaxın ölkədən dövlət və hökumət başçıları iştirak edirlər.

Plenar iclaslarda və ondan sonra keçiriləcək dəyirmi masalarda Avropadakı ümumi təhlükəsizlik vəziyyəti, Rusiya-Ukrayna müharibəsi, iqtisadi təhlükəsizlik, miqrasiya, ənənəvi və Hibrit təhlükələr kimi mövzular müzakirə olunur.

"Avropa Siyasi Birliyi” təhlükəsizlik, iqtisadi sabitlik, demokratik idarəetmə kimi sahələrdə əməkdaşlığı gücləndirmək məqsədilə həm Avropa İttifaqı daxilində, həm də ondan kənarda kiçik və böyük ölkələr arasında siyasi-iqtisadi koordinasiyanı təşviq etməyə yönəlmiş hökumətlərarası platformadır. Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir.

***

Bu dəqiqələrdə Kopenhagendə "Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısının açılış plenar sessiyası keçirilir.

Qaynarinfo xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->