Dərnəgüldə tikinti bazarının arxa hissəsindəki evlər sökülür.
Qaynarinfo Xəzər TV-yə istinadla xəbər verir ki, sözügedən ərazi Şahmar Ələkbərov küçəsində yerləşir. Küçədəki evlərin bir çoxunda xüsusi işarələr var. Bu işarələr rayon icra hakimiyyəti tərəfindən, sahəsi ölçülən evlərin müəyyənləşdirilməsi məqsədilə çəkilib.
Sakinlər bildiriblər ki, hətta icra hakimiyyətinin nümayəndələri tərəfindən evlərin ölçülməsinə başlanılıb. Onlar evlərin daxildən ölçülməsini düzgün hesab etmirlər, çünki evlərin həcmləri kiçikdir və sadəcə daxildən ölçmə kifayət etmir.
Qeyd olunur ki, ərazidəki evlərin əksəriyyəti sənədsizdir. Mənzillərin sahəsi ölçülməsinə baxmayaraq, sakinlərə veriləcək kompensasiyalarla bağlı heç bir məlumat verilməyib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər