Xəbər lenti

Təhlükəsizlik, yoxsa şəxsi həyata müdaxilə? - Yasamalda bəzi kameralar eyvanları çəkir
Ölkə 10:44 02.10.2025

Təhlükəsizlik, yoxsa şəxsi həyata müdaxilə? - Yasamalda bəzi kameralar eyvanları çəkir

Bakının Yeni Yasamal ərazisində yerləşən yaşayış komplekslərindən birində qeyri-adi təhlükəsizlik tədbiri həyata keçirilib.

Qaynarinfo Baku TV-yə istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərə əsasən, yaşayış kompleksinin ətrafında üzü eyvanlara yönələn kameralar quraşdırılıb.

Kompleksin komendantının verdiyi məlumata görə, bu kameralar bəzi sakinlər tərəfindən eyvanlardan həyətə tullantı atılmasının qarşısını almaq məqsədilə yerləşdirilib.

Komendant bildirib ki, kameraların quraşdırılması mövcud vəziyyəti müsbət yöndə dəyişib və tullantı atma hallarının azalmasına nail olunub.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->