Prezident İlham Əliyev Vahid Əliyevin 1-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Qaynarinfo xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasında hərbi sahədə səmərəli fəaliyyətinə görə Vahid Əli oğlu Əliyev 1-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Qeyd edək ki, Vahid Əliyev Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi, Prezidenti Administrasiyası rəhbərinin müavinidir. Aprelin 19-da general-leytenantın 50 yaşı tamam olur.
İlham Əliyev Mirzəcan Xəlilovun da təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Mirzəcan Mirzəmməd oğlu Xəlilov "Şöhrət” ordeni ilə təltif edilib.
Qeyd edək ki, Mirzəcan Xəlilov Milli Məclisin deputatıdır. Sabah onun 65 yaşı tamam olur.
Şərhlər