Xəbər lenti

İlkin Cavadov Amerikanın ən böyük kibertəhlükəsizlik konfransında çıxış edəcək
Texnologiya 17:01 14.08.2023

İlkin Cavadov Amerikanın ən böyük kibertəhlükəsizlik konfransında çıxış edəcək

Azərbaycanın ilk Beynəlxalq Etik Hakeri İlkin Cavadov Amerikanın ən böyük kibertəhlükəsizlik konfraslarından olan (Applied Intelligence Live! Austin) çıxış edəcək. 

Qaynarinfo xəbər verir ki, bu konfransda öz Etik Haker biliklərini paylaşmaq üçün dəvət edilib. Bu haqda austin.appliedintelligence.live saytı xəbər yayıb.

Qeyd edək ki, o, kibetəhlükəsizlik üzrə beynəlxalq tədbirdə öz bacarıqlarını nümayiş etdirmək üçün təklif alan ilk azərbaycanlıdır.

Həmçinin İlkin Cavadov Birləşmiş Ərəb Əmirliklərində keçirilən EMEA-nın ən böyük kibertəhlükəsizlik tədbirlərindən olan "Gisec Global 2023"də iştirak edib.

İlkin Cavadov Azərbaycanın ilk Beynəlxalq Etik Xakeridir. O, Alman Silahlı Qüvvələrindən VDPw Medalı və təşəkkür məktubu almış 18 etik hakerdən biri, həmçinin adı "Şərəf'" lövhəsinə adı yazılan ilk azərbaycanlıdır. Həmçinin dünyada çox nadir olan Böyük Britaniyanın Müdafiyə Nazirliyindən Medal və Təşəkkür məktubu almış yeganə azərbaycanlı Etik Hakerdir.

Bir çox tanınmış şirkətlər (ChainLink, Bitcoin.org, Ministry of Defence UK, ESET, Harvard Universiteti, Bentley, Hyundai, KindredGroup, National Cyber Security Center, BelastingDienstNL, MasterCard, Boeing, Cambridge Uni və s.) tərəfindən Etik Haker olaraq sistemlərində tapdığı boşluqlara görə müxtəlif mükafatlarla dəyərləndirilib və təşəkkür alıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->