Xəbər lenti

İngilislər keçən il Rusiyaya 100 milyonluq əsas avadanlıq veriblər - The Times
Dünya 21:41 12.02.2024

İngilislər keçən il Rusiyaya 100 milyonluq əsas avadanlıq veriblər - The Times

Keçən ilin ilk on ayında Britaniya Rusiyaya 100 milyon dollardan çox dəyərdə əsas avadanlıq ixrac edib.

Qaynarinfo xəbər verir ki, bu barədə The Times yazır.

Böyük Britaniyada istehsal olunan və ya inkişaf etdirilən bir çox mal Rusiya Federasiyasına dolayı yolla çatıb: Çin, Honq-Konq və ya Türkiyə şirkətləri vasitəsilə. Bununla belə, təxminən 15 milyon dollar dəyərində mallar birbaşa Britaniya anbarlarından Rusiyaya çatdırılıb. Söhbət "bir neçə” təchizatçıdan gedir.

Rusiyaya ixracı artıranlar arasında, əvvəllər məlum olduğu kimi, Rusiya zirehli maşınları üçün mikrosxemlər təmin edən Şotlandiyanın yarımkeçirici istehsalçısı FTDI var. Ötən il o, Moskvaya 1,5 milyon dollar dəyərində komponentlər tədarük edib, 2022-ci ildə isə bu məbləğ cəmi 500 min dollar olub.
Bununla belə, ümumilikdə, ötən illə müqayisədə Britaniyanın Rusiyaya ixracının kəskin azalmasından danışmaq olar: o zaman ingilislər Rusiya Federasiyasına təxminən 770 milyon dollar dəyərində əsas komponentlər ixrac ediblər.

Onu da qeyd edək ki, Rusiya silahlarında yalnız Britaniya mənşəli 28 komponent tapılıb, Amerika mənşəli komponentlərin sayı isə 2000 ədəddən çox olub. Onların çoxunu Rusiya özü istehsal edə bilməz.

İngilislər ruslara PUA-lar, dəzgahlar, kompüter komponentləri və kritik dərəcədə asılı olduqları yarımkeçiricilər verib.

Əvvəllər məlum olub ki, Rusiya neftindən hazırlanan milyonlarla barel yanacaq hələ də Böyük Britaniyaya verilir. Bundan əvvəl neft başqa ölkələrdə, xüsusən də Hindistanda emal olunur.

Analitiklərin hesablamalarına görə, təkcə ötən il Böyük Britaniyaya Rusiya xam neftindən hasil edilən təxminən 5,2 milyon barel neft məhsulları tədarük edilib.

Eyni zamanda, Hindistan yanvar və dekabr aylarında Rusiya neftinin alışını azaldıb: keçən ay tədarük son 12 aylıq minimuma çatıb.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->