Trent Universitetinin (İtaliya) alimləri müəyyən ediblər ki, adi qidanın tərkibində 10 899 bakteriya və göbələk var. Üstəlik, onların yarısı naməlum növlərə aiddir.
Qaynarinfo xəbər verir ki, bununla bağlı araşdırmanın nəticələri "Cell" elmi jurnalında dərc olunub.
Alimlər 50 ölkədən 2500 qida məhsulunun mikrob tərkibini təhlil ediblər. Tədqiqatçılar analiz üçün fermentləşdirilmiş qidalar, təzə ət, balıq, meyvə və tərəvəz götürüblər.
Tədqiqat qrupu müəyyən edib ki, insan gündəlik qidasında eukaryotik və prokaryotik domenlərə aid 10,899 bakteriya və göbələk var. Üstəlik, müəyyən edilmiş mikroorqanizmlərin təxminən yarısı elmə məlum deyil.
Naməlum bakteriya və ya göbələklərin əksəriyyəti palma yağında, pendir duzlu suda və Meksika spirtli içkisi olan pulquedə tapılıb. Oxşar məhsullarda qohum mikrobların yaşadığı da müəyyən edilib.
Geniş təhlillər göstərib ki, qida mikrobları böyüklər bağırsaq mikrobiomunun orta hesabla 3%-ni təşkil edir. Mikroorqanizmlərin qidadan bağırsaqlara keçməsi və onların mümkün kolonizasiyası halları da müəyyən olunub. Alimlər qida keyfiyyətinin və təhlükəsizliyinin yaxşılaşdırılması üçün gələcək tədqiqatların vacibliyini vurğulayıblar.
Aydın
Şərhlər