Xəbər lenti

İqlim fəaliyyəti üzrə komissar Azərbaycana gəlir
Ölkə 23:42 19.06.2024

İqlim fəaliyyəti üzrə komissar Azərbaycana gəlir

Avropa İttifaqının iqlim fəaliyyəti üzrə komissarı Azərbaycana gəlir.


APA-nın xəbərinə görə, Avropa komissarı Vopke Hoekstra iyunun 20-də Azərbaycana səfər edəcək.


Aİ-nin iqlim fəaliyyəti üzrə komissarının səfərinin məqsədi hökumət rəsmiləri və vətəndaş cəmiyyəti ilə görüşmək və noyabrda Bakıda keçiriləcək COP29-a hazırlığı müzakirə etməkdir.


Komissar Hoekstranın Bakıda səfərdə olarkən bir sıra dövlət rəsmiləri ilə görüşü nəzərdə tutulur. Aİ rəsmisi, həmçinin Azərbaycanda vətəndaş cəmiyyətinin nümayəndələri ilə də fikir mübadiləsi aparacaq.



Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->