İranda Kosmik Tədqiqat Mərkəzində yanğın meydana gəlib.
Qaynarinfo xəbər verir ki, bu barədə Kommunikasiya və İnformasiya Texnologiyaları naziri Cavad Azəri Cehromi məlumat verib. Səbəbi qeyri-müəyyən olan yanğında 3 alim həyatını itirib. Hadisə İran İslam inqilabının 40 illiyi münasibətilə keçirilən tədbir zamanı baş verib və yanğından vaxtında xəbər tutan olmayıb.
Həyatını itirən alimlərin adları açıqlanmayıb.
Gülşən
Şərhlər