Xəbər lenti

İrandan Azərbaycana 112 kq narkotik keçirmək istədilər
Ölkə 09:01 03.08.2026

İrandan Azərbaycana 112 kq narkotik keçirmək istədilər

Naxçıvan Baş Gömrük İdarəsinin "Şahtaxtı" gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Almaniyaya "hazır qida məhsulları" yükü aparan nəqliyyat vasitəsinə stasionar rentgen qurğusunda baxış keçirilib və yük ətraflı gömrük yoxlamasına cəlb olunub.

İdarədən Qaynarinfo-ya bildirilib ki, yoxlama zamanı narkotik vasitə 1218 ədəd plastik qabda konservləşdirilmiş düyünün alt hissəsində aşkarlanıb.

Gizlədilmiş heroinin xalis çəkisi 112 kq 761,757 qram olub.

Faktla bağlı araşdırma aparılır.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->