İraqın baş naziri Heydər Əl İbadi ölkədə İŞİD-ə qarşı əməliyyatların yekunlaşdığını bildirib.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Beynəlxalq Media Konfransında çıxış edən baş nazir Suriya ilə sərhəddə nəzarətin tamamilə təmin edildiyini və İŞİD-ə qarşı əməliyyatların uğurla yekunlaşdığını deyib.
İbadi ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasına da münasibət bildirib və bu qərar pisləyib.
İraq müdafiə nazirliyinə bağlı Müharibə Media Şəbəkəsi də yazılı açıqlama ilə çıxış edib. İŞİD-ə qarşı əməliyyatlara liderlik edən general Əbdüləmir Yarulla terrorçuların İraq torpaqlarından tamamilə təmizləndiyini deyib.
Gülşən
Şərhlər