Gündəlik təkrarlanan tapşırıqlardan bezmisiniz?
Qaynarinfo xəbər verir ki, bu beş ağıllı ChatGPT əmri, e-poçt yazmaqdan iclas xülasələrinə qədər bir çox rutin prosesi saniyələr içində sadələşdirə bilər.
1.Uzun sənədləri xülasələndirin
Uzun bir hesabatı və ya səhifələrlə dolu e-poçtu oxuyarkən "Bunun əsas məğzi nədir?” deyə düşündüyünüz anlar olubmu? Bu əmrlə o vəziyyətdən çıxış yolu tapmaq mümkündür:
"Bu sənədi xülasələndir və orada keçən başlıqları maddə-maddə sırala.”
Bir neçə saniyəyə əsas fikirlər aydın şəkildə təqdim olunur. Lakin bu xülasəni son versiya deyil, ilkin baza kimi qəbul etmək tövsiyə olunur, çünki ChatGPT bəzi texniki detalları atlaya və ya konteksti fərqli yozula bilər.
2.Ən vacib işləri müəyyənləşdirən siyahı yaradın
Bəzən "to-do list” tam nəzarətdən çıxır. Bu əmrlə onu səliqəyə salmaq mümkündür:
"Bir görüləcək işlər siyahısı hazırla və sırala. Ən çox vaxt aparan tapşırıqları önə çıxar.”
Tapşırıqları ChatGPT-yə ötürün, o isə onları əhəmiyyət və vaxt ölçüsünə görə qruplaşdırsın. İstəsəniz, kateqoriyalar üzrə ayırmağı da tələb edə bilərsiniz. Bu üsul, xüsusilə prioritetləri müəyyənləşdirməkdə və günü planlamaqda faydalıdır.
3.Gözdən qaçan məqamları aşkarlayın
Bir layihə üzərində işləyərkən "Görəsən, nəyisə unutmamışam?” sualı yaranırsa, belə yazın:
"Layihənin mövzusunu yazın. Bu mövzu ilə bağlı nəzərə alınmalı əsas başlıqları maddə-maddə sırala.”
Bu, ChatGPT-nin ən az tanınan, lakin ən faydalı imkanlarından biridir. O, fikirlərinizi sistemləşdirməyə, planınızdakı boşluqları görməyə və strateji düşünmə qabiliyyətinizi gücləndirməyə kömək edir.
4.Danışıqlara hazırlıq və məşq edin
ChatGPT yalnız mətn yaratmaq üçün deyil, dialoq simulyasiyası üçün də istifadə oluna bilər. Məsələn, maaş artımı istəməyə hazırlaşırsınızsa, belə deyə bilərsiniz:
"Ofis rəhbərimlə maaş artımı danışıqları üçün mənimlə rol oyunu et.”
ChatGPT rəhbər rolunda dialoqa başlayır və siz arqumentlərinizi sınaya, real görüş üçün ssenari hazırlaya bilərsiniz. Hətta "çətin rəhbər kimi davran” deyərək situasiyanı daha real edə bilərsiniz.
5.Toplantı xülasələri və fəaliyyət planı yaradın
İclasdan sonra qeydləri toplamaq vaxt aparır. Bu əmrlə proses sadələşir:
"Bu toplantı qeydlərini xülasələndir və nəticədə görüləcək işləri maddə-maddə sırala.”
Beləcə həm qısa xülasə, həm də fəaliyyət planı eyni anda hazır olur.
Aydın
Şərhlər