Ölkə 18:47 07.02.2023

İşlədiyi sexdən 52 min manatlıq dəmir oğurladı, 5.5 il həbs cəzası aldı

Bakı şəhəri, Xəzər rayonu, Binə Atçılıq yaşayış massivində yerləşən dəmir məmulatlarının istehsalı emalatxanasından 52 min manata yaxın dəmir oğurlayan Rüstəmə hökm oxunub. 

Qaynarinfo-nun məlumatına görə, təqsirləndirilən şəxs əvvəllər işlədiyi Cavanşir adlı Bakı sakininə məxsus dəmir məmulatlarının istehsalı emalatxanasından idarə etdiyi "Niva” markalı maşınla oğurluq edib. O, emalatxana rəhbərliyinə ümumilikdə 51983 manat maddi ziyan vurub.

Rüstəm oğurladığı materialları metal qəbul məntəqəsinə satıb. O, metal qəbulu məntəqəsində ATEF şirkətində işlədiyini, malları mühəndisin verdiyini, yararsız olduğunu üçün satdığını bildirib. 

Məhkəmənin qərarı ilə Rüstəm Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 5 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

Əhməd