İtaliya Respublikasının Prezidenti Sercio Mattarella sentyabrın 30-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Qayunarinfo xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
İtaliya Prezidenti Sercio Mattarellanı hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.
15.17
İtaliya prezidenti Sercio Mattarella Bakıya gəlir.
Qaynarinfo xəbər verir ki, bu gün başlayacaq səfər oktyabrın 1-dək davam edəcək.
İtaliya prezidentinin mətbuat xidmətinin məlumatına görə, Sercio Mattarella Bakıda ölkə rəsmiləri ilə danışıqlar aparacaq, oktyabrın 1-də ADA Universiteti və bir neçə İtaliya universiteti ilə birgə yaradılmış İtaliya-Azərbaycan Universitetinin Bakıdakı kampusunu ziyarət edəcək.
O, həmçinin Şəhidlər xiyabanını ziyarət edəcək və Azərbaycandakı italyan icması ilə görüşəcək.
Şərhlər