Xəstəxanaya yerləşdirilən Xalq artisti tarzən Ramiz Quliyevin səhhətində müsbət irəliləyiş hiss olunur.
Bunu "Report"a açıqlamasında ustad tarzənin oğlu Əməkdar artist Əyyub Quliyev deyib.
Onun sözlərinə görə, hazırda müalicə prosesi davam etdirilir:
"Ola bilər ki, iki-üç gün sonra evə buraxılsın. Doğrudur, bu barədə həkimlər hələ tam qərar verməyib. Amma ümumi müşahidələr belə göstərir ki, analizlərin nəticəsi müsbətə doğru dəyişir, orqanizm bərpa olunur", - o əlavə edib.
Xatırladaq ki, Xalq artisti Ramiz Quliyev səhhətinin pisləşməsi ilə əlaqədar bir neçə gün öncə Mərkəzi Gömrük Hospitalına yerləşdirilib.
Sənətkarın müalicə prosesini Heydər Əliyev Fondu nəzarətə götürüb.
Şərhlər