Xəbər lenti

Deputat qanun layihəsinə etiraz etdi:
Ölkə 14:10 30.09.2025

Deputat qanun layihəsinə etiraz etdi: "Vergini pinəçilər, corab satanlar ödəməlidir?

"Mən bu dəyişikliyi mormal hesab etmirəm. Bu konstitusiyaya ziddir".

Qaynarinfo  xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev Vergi Məcəlləsində və "Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanununun layihəsinin müzairəsi zamanı deyib.

"Konstitusiyanın 29-cu maddəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Əminəm ki, Bakı Gəmiqayırma Zavodu özəl şirkət olsaydı, bu güzətlər nəzərdə tutulmayacaqdı. İndi daha 6 il vergilərdən azad edirik. Bəs vergiləri kim ödəməlidir? Pinəçilər, corab satanlar ödəməlidir? Kiçik sahibkarlar ödəməlidir?" 

Deputat, kiçik sahibkarlardan vergi tutulduğu halda böyük müəssisələri vergilərdən azad etməyin ədalətli hesab etmədiyini bildirib.

Qafqaz Rafiqoğlu

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->