Xəbər lenti

Müvəqqəti işlər vəkili: ABŞ və Azərbaycan üçün həqiqətən də tarixi andır
Siyasət 16:43 26.09.2025

Müvəqqəti işlər vəkili: ABŞ və Azərbaycan üçün həqiqətən də tarixi andır

ABŞ və Azərbaycan 30 ildən artıqdır tərəfdaşdırlar.

Qaynarinfo xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon deyib.

O bildirib ki, ABŞ-la Azərbaycan birlikdə terrorizmlə mübarizə aparıb, enerji təhlükəsizliyini inkişaf etdirib və hər iki ölkə üçün rifah yaradıblar.

"ABŞ və Azərbaycan üçün həqiqətən tarixi bir anda burada olmaq mənim üçün şərəfdir. Ağ Evdə 8 avqust tarixində sülh razılaşması təşəbbüsünün irəli sürülməsi Cənubi Qafqaz regionu üçün cəsarətli yeni səhifənin başlanğıcını qoydu”, - diplomat qeyd edib.

Emi Karlon vurğulayıb ki, ABŞ Azərbaycan və Ermənistan arasında davamlı sülhün qurulmasına yardım etməyə sadiqdir: "Bu sülh yolunu möhkəmləndirməklə biz Cənubi Qafqazın ticarət, tranzit və enerji mərkəzi kimi böyük potensialını açırıq. Bu da gələcək iqtisadi əməkdaşlığımızın əsasını təşkil edir”.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->