İrəvan Dövlət Azərbaycan Dram Teatrına direktor əvəzi təyin olunub.
Qaynarinfo xəbər verir ki, direktor səlahiyyətlərini icra etmək onun müavini Zivər Abbasova həvalə edilib.
Məlumatı saytımıza açıqlamasında Zivər Abbasova təsdiqləyib:
"Hamımız üçün xeyirli olsun. Bu gün ilk iş günümdür. Ümidvaram ki, bütün çətinliyin öhdəsindən gələ biləcəm".
Qeyd edək ki, İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Priyev bir müddət öncə vəzifəsindən azad edilib.
Bahar Rüstəmli
Şərhlər