Xəbər lenti

Gəncliyə Yardım Fondunda Milli Mətbuatın 150 illiyi Münasibəti İlə görüş keçirildi (FOTO)
Ölkə16:57 30.09.2025

Gəncliyə Yardım Fondunda Milli Mətbuatın 150 illiyi Münasibəti İlə görüş keçirildi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
30 sentyabr 2025-ci il tarixində Gəncliyə Yardım Fondunda Azərbaycan Milli Mətbuatının 150 illik yubiliyeyi çərçivəsində media nümayəndələri ilə görüş keçirilib.
Türkiyə Səfirliyinin mətbaut müşaviri Dr. Alptekin Cihangir İşbilir Türkiyə-Azərbaycan Media Platformasının inkişafı və proseslərdə daha çox yer almasının əhəmiyyətinə diqqət çəkib.
Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim Fondun yaranma tarixi, həyata keçirdiyi ‎humanitar yardım, sosial və təhsil fəaliyyətləri, həmçinin iki qardaş ölkə ‎arasındakı qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə ‎xidmət edən layihələr haqqında çıxış edib. Ahmet Tecim bildirib ki, milli mətbuatımızın tarixində xeyriyyəçilik ənənəsini Anadoludakı Qurtuluş Mübarizəsinə dəstək məqsədilə 1917-ci ildə Bakıda nəşr edilən "Qardaş Köməyi” dərgisinin timsalında görmək mümkündür.
Daha sonra media nümayəndələri ilə müzakirələr aparılıb.
Qeyd edək ki, sonda media nümayəndələrinə Azərbaycan-Türkiyə mətbaut tarixində vacib yer tutan "Qardaş Köməyi” dərgisi təqdim edilib.