Xəbər lenti

İdman 12:55 08.12.2023

Jurnalistin zarafatı Kloppu əsəbiləşdirdi

"Liverpul"un baş məşqçisi Yurgen Klopp komandasının "Kristal Palas"la oyunla bağlı jurnalistin zarafatına qəzəbli reaksiya verib.

Qaynarinfo-nun məlumatına görə, mütəxəssis çərşənbə günü "Şeffild Yunayted" üzərində 2:0 hesablı qələbə qazandıqdan sonra "Amazon Prime"nin müxbiri Markus Baklendə müsahibə verib. Müsahibə zamanı Baklendin "Liverpul"un növbəti oyununun günorta saat 3:30-da olacağı ilə bağlı zarafatı Kloppun xoşuna gəlməyib. Çünki alman mütəxəssis daha əvvəl şənbə günü günorta saatlarında keçirilən oyunlardan məmnun olmadığını bildirmişdi. Ancaq sonradan ona "Sevdiyin saatlarda oynayacaqsan" deyən müxbirə qəzəblə cavab verən alman məşqçi, "Bu barədə zarafat etmək həqiqətən cəsarətlidir. İndi evə gedirik və dəqiq saat neçədə  çatacağımızı bilmirəm. Bəlkə də bu gecə saat 1 və ya 2-də çatacağıq sonra yenidən oyun keçirəcəyik. İki məşq üçün vaxtımız var. Dincəlmək, sonra yenidən başlamaq gözəldir.  Sənin bunu anladığını bilirəm, bəs niyə təkrar açıqlayım? Bir daha bu mövzuda zarafat etsən, cahilsən" - sözlərini söyləyib.

"Liverpul" "Şeffild Yunayted"i 2:0 hesablı məğlubiyyətə uğradıb. Komanda 15 tur ərzində topladığı 34 xalla Premyer Liqada ikinci pillədə qərarlaşıb.  

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->