ABŞ-ın Kaliforniya ştatında dəhşətli meşə yanğınları davam edir.
Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, "Paradise" qəsəbəsində başlayan təbii fəlakət artıq 31 nəfərin həyatına son qoyub, 200 nəfər isə itkindir. 250 min insan yaşadıqları yeri tərk etmək məcburiyyətində qalıb. Qəsəbədə 7 minə yaxın tikilini məhv edən fəlakət ərazidə 1933-cü ildən bəri müşahidə edilən ən böyük yanğın hesab edilir. 44 min ha sahəni əhatə edən yanğını söndürmək üçün çox sayda yanğınsöndürən cəlb edilib. Növbəti günlərdə sürəti saatda 112 km-ə çatacaq küləyin proqnozlaşdırılması təhlükəsizlik əməkdaşlarının işini daha da çətinləşdirəcək.
Gülşən
Şərhlər