Xəbər lenti

Keçmiş bələdiyyə üzvü dələduzluqda ittiham edilir - 16 zərərçəkmiş var
Ölkə 12:07 19.07.2024

Keçmiş bələdiyyə üzvü dələduzluqda ittiham edilir - 16 zərərçəkmiş var

Sumqayıt bələdiyyəsinin keçmiş üzvü Elbrus Səlimov barəsindəki cinayət işinin ibtidai istintaqı yekunlaşıb. 

Qaynarinfo xəbər verir ki, iş baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib. Ramiz Quliyev iş üzrə hakim təyin edilib. 

Elbrus Səlimov Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilir. Bu maddə təkrar dələduzluqla bağlıdır. 

Maddədə 4 min manatdan 7 min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 1 ildən 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

İş üzrə 16 nəfər zərərçəkmiş qismində tanınıb. 

Elbrus Səlimov 2014-2019-cu illərdə bələdiyyə üzvü olub. 

Seyid


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->