Ekonomiks 17:20 12.08.2022

Kənd Təsərrüfatı Nazirliyi fermerlərə müraciət edir

"Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2022-ci il tarixli 1754 nömrəli Fərmanının icrası ilə əlaqədar işlər davam etdirilir.

Fərmandan irəli gələn məsələlərin həlli ilə əlaqədar ərzaqlıq buğda istehsal edə biləcək  potensial təsərrüfatların müəyyənləşdirilməsinə başlanılıb.

Kənd Təsərrüfatı Nazirliyi ərzaqlıq buğda istehsalının stimullaşdırılması məqsədilə müqavilələrin bağlanılmasını təmin etmək üçün fermerlərə müraciət edir. Bildirilir ki, sahəsi 50 ha-dan böyük, ərazisi bir massivdə yerləşən, pivot suvarma sistemləri qurulmuş və ya qurulması planlaşdırılan təsərrüfatların rəhbərləri müqavilə bağlamaq üçün Kənd Təsərrüfatı Nazirliyinə müraciət edə bilərlər.

Qeyd olunan göstəricilərə malik və ərzaqlıq buğda istehsalı proqramına qoşulmaq istəyən fermerlər müvafiq sorğu anketini dolduraraq [email protected] e-mail ünvanına göndərməlidirlər.

Əlaqələndirici şəxs: Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin məsləhətçisi Sima Məmmədova (əlaqə vasitələri: e-mail [email protected], mob (077) 299 23 63)