Xəbər lenti

İdman 09:13 07.07.2022

"Kəpəz" Gürcüstan millisinin sabiq üzvünü transfer edib

"Kəpəz" gürcüstanlı futbolçu Giorgi Kantariyanı heyətinə qatıb.

Klubdan Qaynarinfo-ya verilən məlumata görə, 25 yaşlı dayaq yarımmüdafiəçisi ilə 1 illik müqavilə imzalanıb.

Kantariyanın son klubu vətənində "Telavi" olub. O, əvvəllər Gürcüstanın "Dinamo Zuqdidi" və Belarusun "Neman Qrodno" klublarında çıxış edib.

Giorgi Kantariya 2018-ci ildən Gürcüstan U-21 millisinə dəvət alıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->