Xəbər lenti

Kim Çen In koronavirusa yoluxub
Dünya 10:55 11.08.2022

Kim Çen In koronavirusa yoluxub

Koreya Xalq Demokratik Respublikasının başçısı Kim Çen In koronavirusa yoluxub.

Qaynarinfo "Koreya Mərkəzi Xəbər Agentliyi”nə istinadən xəbər verir ki, bu barədə ölkə liderinin bacısı Kim Yo Çjon məlumat verib.

O bildirilib ki, Kim Çen In koronavirusla üzləşən on milyonlarla Şimali Koreyalıdan biridir.

Koreya Fəhlə Partiyasının təbliğat və təşviqat şöbəsinin sədr müavini postunu tutan xanım Çjon qardaşının artıq sağaldığını, xəstə olduğu vaxtlarda bir dəqiqə belə işindən ayrılmadığını vurğulayıb.

Qeyd edək ki, Şimali Koreya lideri epidemiya əleyhinə müşavirədə ölkəsinin koronovirus infeksiyasına qalib gəldiyini bəyan edib. Məlumatlara görə, bu il aprel ayının sonundan - Şimali Koreyada koronovirus pandemiyası qeydə alınandan ölkədə ümumilikdə 4.77 milyon nəfər bu virusa yoluxub. Onlardan 99,99%-i sağalıb, cəmi 74 nəfər ölüb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->