"Neftçi” 2026/27 mövsümündə UEFA Konfrans Liqasındakı mübarizəyə başlayıb.
Qaynarinfo xəbər verir ki, "ağ-qaralar” turnirin 2-ci təsnifat mərhələsinin ilk oyununda Minsk "Dinamo”su ilə üz-üzə gəlir. Hazırda "Dinamo” 14 turdan sonra Belarus çempionatının lideridir.
Bakıdakı "8-ci kilometr” stadionunda keçiriləcək görüş yerli vaxtla saat 20:00-da başlayıb. Komandalar arasında cavab matçı isə iyulun 30-da Bolqarıstanın Stara-Zaqora şəhərindəki "Beroe” stadionunda keçiriləcək.
Xatırladaq ki, "Neftçi” avrokuboklarda (Konfrans Liqası) sonuncu dəfə 2023/24 mövsümündə çıxış edib.
Əlavə edək ki, Azərbaycanın Konfrans Liqasındakı digər təmsilçisi "Zirə” isə növbəti oyununu sabah Estoniyada yerli "Payde”yə qarşı keçirəcək.
Konfrans Liqası
II təsnifat mərhələsi
İlk oyun
20.00 Neftçi (Azərbaycan) - Dinamo (Belarus) 2:2
Qollar: Emin Mahmudov, 2. Aleksandr Selyava, 8 (avtoqol) - Karen Vardaryan, 36. Evqeni Maleşeviç, 47.
Neftçi: 1. Emil Balayev, 77. Falaye Saçko, 55. Andreu Qravilyon, 5. İqor Ribeyro, 24. Mustafa Sek, 20. Qustavo Klisman, 6. Sessi D`Almeyda, 8. Emin Mahmudov (k), 33. Breno Almeyda, 29. Lubomir Tupta, 11. İmad Faraj.
Ehtiyat oyunçular: 13. Kenan Piriç, 93. Rza Cəfərov, 3. Rüfət Abbasov, 4. Elvin Camalov, 7. Emil Səfərov, 14. Elvin Bədəlov, 17. Murad Xaçayev, 18. İfeyani Metyu, 80. Aslan Şirinov, 82. Məhəmməd Məmmədli, 91. Ağadadaş Salyanski, 97. Bassala Sambu
Dinamo: 1. İvan Şimakoviç, 44. Qleb Qurban, 12. Aleksey İvanov, 26. Vladislav Kalinin, 25. Abdul Aziz Ture, 8. Aleksandr Selyava (k), 23. Aleksey Ziçenko, 42. Favaz Abdullah, 30. Mustafa Dyimet, 10. Karen Vardaryan, 7. Evqeni Maleşeviç.
Ehtiyat oyunçular: 21. Danila Radkeviç, 24. Aleksey Vakuliç, 2. Matvey Dubatovka, 3. Maksim Şvetsov, 27. Mixail Aleksandrov, 5. Danil Duşevski, 11. Qulziqit Alykulov, 13. Vladislav Poloz, 19. Rayan-Eli Gibero, 78. Artem Sokolovskiy, 9. Andrei Lutskoviç, 80. Leonard Şatelen Qvet.
Hakimlər: Konstantinos Fellas, Marios Kaloqirou, Giorgios Çaralampous, Konstantinos Neofytou (Cənubi Kipr).
8-ci km stadionu.
Şərhlər